Yuxarı

FHN Bakı Metropolitenində təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Bakı Metropolitenində təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC metronun "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarında taktiki-xüsusi təlim keçiriblər.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili"ndən ibarət olub.

Əvvəlcə FHN-in "112" qaynar telefon xəttinə metronun "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arası 1-ci yol mənzilində yerləşən şaxtanın idarəetmə şkafında şərti qısaqapanmadan "yanğın" baş verməsi barədə "məlumat daxil olub" və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən, əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və "yanğına ilkin müdaxilə" işləri həyata keçirilib.

FHN-nin mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın "söndürülüb", xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər ilkin yardım" göstərilməklə təxliyə olunublar.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, FHN və metropolitenin əməkdaşları arasında mövzu üzrə fikir mübadiləsi aparılıb.

Təlimə FHN-nin ümumilikdə 7 ədəd texnikası və 44 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Tarix
2026.03.04 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla