Yuxarı

Bu çaylarda suyun səviyyəsi 78 sm artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu çaylarda suyun səviyyəsi 78 sm artdı

Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba–Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda qeydə alınıb, bəzi çaylarda isə qısamüddətli sel hadisələri baş verib.

Böyük Qafqazdan axan çaylarda suyun səviyyəsi 2–61 sm artıb, Vəlvələçayda isə bu göstərici 196 sm təşkil edib. Hazırda Quba–Qusar və Dağlıq Şirvan bölgələrində bəzi çaylarda sel hadisələrinin davam etdiyi müşahidə olunur.

Qarabağ və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda suyun səviyyəsi 2–78 sm artıb, Zəngilan rayonu ərazisindən axan Bəsitçayda sel hadisəsi qeydə alınıb.

Eyni zamanda, Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikası və Lənkəran–Astara bölgələrindən axan bəzi çaylarda suyun səviyyəsi 4–19 sm artıb.

Mövcud vəziyyət nəzarətdə saxlanılır, monitorinqlər davam etdirilir.

Tarix
2026.03.28 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla