Yuxarı

Sürüşdürülən bina qəzalı vəziyyətdədir – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürüşdürülən bina qəzalı vəziyyətdədir – Video

Bakının ilk sürüşdürülən binasında - Füzuli küçəsi 39 saylı tarixi binada təmir-bərpa işləri yarımçıq qalıb. Fizuli küçəsi 39 ünvanında yerləşən və xüsusi əməliyyat nəticəsində 10 metrəyədək sürüşdürülən bina ilk görünüşdən təmir olunmuş təəssüratı yaratsa da Binadakı müxtəlif həcmdə çatlar açıq aydın görunur.

Binanın daxilindəki vəziyyəti də ürəkaçan deyil. Bu binada 32 ailə yaşayır. Sakinlər ərazidə təmir dayansa da evlərində yaşamağa məcburdular.

Qeyd edək ki, bir neçə ay əvvəl sürüşdürülmə prosesi binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilmişdi. Saatda 8 sm sürüşdürülən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Fizuli küçəsinin genişləndirilməsi idi. 18 min tonluq binanın yerinin dəyişdirilməsi fenomen hadisə kimi Ginnesin rekordlar kitabına düşə bilərdi. Amma bu gedişlə çətin.

Maralıdır, bəs bu binaya ayrılan vəsaitlərin əvəzində nəticənin belə mənfi olmasına görə məsuliyyəti kim daşıyır? Burada yaşayan əhalinin təhlükəsizliyinə təminat verən varmı? Ətək-ətək pul töküb, Hollandiyadan mütəxəssislər dəvət edənlər indi niyə və hansı səbəbdən yoxa çıxıb? Məsələ ilə Bakı şəhər İcra Hakimiyyətinin rəsmilərinin də fikirlərin öyrənmək istədik. Lakin bu suallarımıza cavab tapmaq cəhdimiz nəticəsiz qaldı ("Anspress").

Tarix
2014.03.05 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla