Yuxarı

Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...

Ərzaq xərclərinin 55%-ə çatmasını bir neçə amillə izah etmək olar. Birincisi, son illərdə qlobal ərzaq qiymətlərinin artması Azərbaycana da idxal inflyasiyası şəklində təsir edib. Ölkə bir sıra ərzaq məhsullarını xaricdən idxal etdiyindən, xarici qiymət şokları birbaşa daxili bazara keçir. İkincisi, daxili istehsalın istehlak tələbatını tam ödəməməsi rəqabəti zəiflədib və qiymətlər üzərindəki təzyiqi artırıb.

Bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ərzaq bazarındakı mövcud vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, bu göstərici iqtisadi baxımdan ciddi siqnaldır və əhalinin rifah səviyyəsini əks etdirir:

“İqtisadi ədəbiyyatda "Engel qanunu" kimi tanınan bir prinsip var: gəlir artdıqca ərzağın ümumi xərclər içindəki payı azalır. Əksinə, bu payın yüksək olması əhalinin gəlir səviyyəsinin aşağı olduğunu göstərir. Müqayisə üçün deyim ki, inkişaf etmiş ölkələrdə bu göstərici 15-20% civarındadır. 55% isə əhalinin böyük hissəsinin istehlak seçimi olmadığını, sadəcə məcburi xərclər etdiyini ortaya qoyur.

Pərakəndə ticarət dövriyyəsində müşahidə olunan artım da tam olaraq real istehlak artımı demək deyil. Nominal və real artımı fərqləndirmək lazımdır. Əgər pərakəndə dövriyyə 10% artıbsa, lakin inflyasiya 8%-dirsə, real artım cəmi 2% deməkdir. Mövcud inflyasiya mühitini nəzərə alaraq demək olar ki, dövriyyənin böyük hissəsi real istehlak artımından deyil, qiymət bahalaşmasından qaynaqlanır. Yəni insanlar eyni miqdarda mal alır, amma daha çox pul xərcləyir”.

A.Nəsirli qeyd edib ki, yaxın aylarda ərzaq qiymətlərində tam sabitləşmə gözləmək çətindir:

“Qlobal bazarlarda qeyri-müəyyənlik, kənd təsərrüfatı riskləri və enerji qiymətlərinin dəyişkənliyi qiymətləri yüksək saxlaya bilər. Daxili bazarda isə müəyyən tənzimləmə addımları qısamüddətli yumşalma yaratsa da, bu, problemin köklü həlli deyil.

Davamlı sabitlik üçün struktur problemlər aradan qaldırılmalıdır. Yəni daxili istehsal gücləndirilməli, idxaldan asılılıq azaldılmalı, bazarda rəqabət mühiti yaxşılaşdırılmalıdır. Bu istiqamətlərdə ciddi dəyişikliklər olmadan qiymət sabitliyinə nail olmaq çətin olacaq”.

Tarix
2026.04.23 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

Mirziyayevdən unikal təklif: Xəzər dənizində...

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla