Yuxarı

Bakı metrosu iş rejimində dəyişiklik edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosu iş rejimində dəyişiklik edir

Bakı Metropoliteni QSC qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.

QSC-dən Axar.az-a verilən məlumata görə, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də "28 May-Əhmədli" və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Tarix
2026.05.07 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla