Yuxarı

Bu pozuntuya görə cərimə balı ləğv edilməlidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu pozuntuya görə cərimə balı ləğv edilməlidir

Qanunvericiliyə görə, yol hərəkəti qaydalarını pozan sürücü cərimə olunur və ona bəzi hallarda cərimə balı yazılır. Cərimə balı 20-ni keçdikdən sonra sürücünün sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılır. Amma burada bir məsələ var ki, məsələn, dayanma-durma qaydalarının pozulmasına görə 60 manat cərimə varsa, bu zaman iki balın tətbiq olunmasına ehtiyac yoxdur. Hesab edirəm ki, burada bal ləğv olunmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimə ballarından danışarkən deyib.

Ekspert bildirib ki, şəhər mühitində sürücülər dayanma-durma qaydalarını tez-tez pozmalı olurlar:

“Şəhər mühitində məlumdur ki, sürücü dayanma-durma qaydalarını bilərəkdən və ya bilməyərəkdən tez-tez poza bilər. Onu da qeyd etsək ki, hazırda müşahidə kameraları vasitəsilə də cərimələr tətbiq olunur və kamera bütün hallarda dayanma-durma qaydalarının pozulmasına görə cərimə yazır. Bəzən araşdırdıqda görürsən ki, burada əsassız cərimələr də olur”.

Ekspert hesab edir ki, ümumilikdə cərimə balı sistemi saxlanılmalıdır:

“Ümumilikdə biz cərimə balını ləğv edə bilmərik. Bu, çəkindirici bir alətdir ki, cərimə ödənilməklə yanaşı, cərimə balı da tətbiq olunur ki, kimsə öz iqtisadi vəziyyətinə güvənərək dəfələrlə qaydanı pozmasın. Sadəcə bəzi qayda pozuntularında, məsələn dayanma-durma qaydalarında balın tətbiq olunmaması daha yaxşı olar”.

Tarix
2026.05.08 / 14:36
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla