Yuxarı

Qəbiristanlıqda tapılan azyaşlı sığınacağa yerləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbiristanlıqda tapılan azyaşlı sığınacağa yerləşdirildi

Abşeronda - Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığında tapılan azyaşlı hazırda təhlükəsiz şəraitdə sığınacaqda yerləşdirilib və onun təhlükəsizliyinin, sağlamlığının qorunması istiqamətində bütün zəruri tədbirlər görülür.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, uşaq tibbi müayinələrdən keçirilib, sağlamlıq vəziyyəti nəzarətdə saxlanılır:

"Eyni zamanda ona psixososial dəstək göstərilir, yaşadığı hadisənin yaratdığı təsirlərin aradan qaldırılması və emosional vəziyyətinin stabilləşdirilməsi məqsədilə reabilitasiya prosesinə cəlb olunub.

Hazırda azyaşlının sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi üçün aidiyyəti qurumlar tərəfindən lazımi sosial, psixoloji və tibbi dəstək tədbirləri davam etdirilir. Bütün məsələlərdə uşağın hüquq və mənafeyi əsas prioritet kimi nəzərə alınır".

Tarix
2026.05.08 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla