Yuxarı

Bakıda bu ərazilərə maşınların girişi qadağan edilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu ərazilərə maşınların girişi qadağan edilir - Foto

Bu yaxınlarda paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər sakinləri və qonaqların ixtiyarına verildi.

Axar.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir ki, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan, müasir şəhərsalma prinsiplərinə tam uyğun olan bu laylihənin İslam Səfərli küçəsinə yaxın ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.

Belə ki, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edilib.

Yaxın günlərdə istər yerli sakinlər, istərsə də qonaqlar üçün olduqca cəlbedici olan bu məkanlarla bağlı dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.

Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin mövcud olduğu bu küçələr hazırda avtomobil sıxlığının mərkəzindədir. Sakinlər və şəhərimizin qonaqları avtomobil sıxlığı səbəbindən bu məkanlarda yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. Adıçəkilən küçələrdə səkilərin dar, piyada axınının isə çox olması səbəbindən ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə edilir.

Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar olan bu ərazilərin tamamilə avtomobilsiz edilməsi nəzərdə tutulur.

Layihənin icrası nəticəsində İçərişəhərdən kənarda, Bakının mərkəzində yerləşən piyada küçələrinin ümumi uzunluğu ciddi şəkildə artacaq. Bununla da şəhər mərkəzinin piyada infrastrukturunun daha da inkişafı və genişləndirilməsi təmin ediləcək. Həmçinin Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka uzanan iki müstəqil piyada marşrutu formalaşacaq.

Piyadalaşdırılacaq küçələrin parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin bu küçələrə daxil olması üçün şərait yaradılacaq.

Tarix
2026.05.20 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla