Yuxarı

FHN regionlarda maarifləndirmə tədbirləri keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN regionlarda maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Suraxanı rayonu 104 nömrəli, Nərimanov rayonu 207 nömrəli və Binəqədi rayonu 298 nömrəli tam orta məktəblərində, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər İstedad liseyində və Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində, Gəncə RM tərəfindən Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli tam orta məktəbində və Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakultəsində, Qarabağ RM tərəfindən Beyləqan rayon Kəbirli kənd Məmmdəyar Fərzəliyev adına 1 nömrəli və Bərdə şəhəri Alı Mustafayev adına 5 nömrəli tam orta ümumtəhsil məktəblərində, Aran RM tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında, Ağdaş rayon Qəribli kəndi Nofəl Babayev adına tam orta məktəbində, Şimal-qərb RM tərəfindən Qax rayonu Lekit Kötüklü kənd tam orta ümumi orta məktəbində, Şimal RM tərəfindən Quba rayonu Təngəaltı kənd tam orta məktəbində, Muğan RM tərəfindən Salyan şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2026.05.31 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla