Yuxarı

“OBA”dan Xocalıda balalar üçün sevinc dolu anlar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“OBA”dan Xocalıda balalar üçün sevinc dolu anlar - Video

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” KSM layihələri çərçivəsində 1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə “Onlarla sevinc” adlı sosial təşəbbüsü həyata keçirib.

Təşəbbüs çərçivəsində Xocalıda fəaliyyət göstərən "OBA 2" mağazasının önündə bölgədə yaşayan uşaqlar üçün xüsusi bayram tədbiri təşkil olunub. Balacalar əyləncəli proqramlarda iştirak edib, müxtəlif sürprizlərlə sevindirilib, onlar üçün unudulmaz anlar yaradılıb.

“Qonşuluqda 10 iz” layihəsinin əsas məqsədi insanların həyatına müsbət dəyər qatmaq, birlik və həmrəylik hissini gücləndirməkdir. “Onlarla sevinc” təşəbbüsü də Xocalı balalarının üzündə təbəssüm yaratmaqla bu məqsədə xidmət edib.

“OBA” marketlər şəbəkəsi fəaliyyətinin 10-cu ilində də sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərməyə davam edir. Xocalıda keçirilən bu bayram tədbiri isə uşaqların sevincini bölüşmək və onların həyatında xoş xatirə yaratmaq məqsədi daşıyıb. Uşaqların xoşbəxtliyi ilə rənglənən bu gün bir daha qayğının, paylaşmağın və qonşuluq dəyərlərinin önəmini nümayiş etdirib.

Tarix
2026.06.01 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla