Yuxarı

Şəxsi maşınlar Türkiyəyə necə keçir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəxsi maşınlar Türkiyəyə necə keçir?

Bakıdan Tiflisə dəmir yolu ilə gediş-gəlişin bərpasından sonra bəzi şəxslər avtomobillərini ayrıca daşıma xidməti vasitəsi ilə Türkiyəyə göndərirlər. Daha sonra onlar Gürcüstandan Türkiyəyə keçərək şəxsi nəqliyyat vasitələrindən istifadə edirlər.

Bu üsul sərfəlidirmi? Mövcud vəziyyəti nəzərə alsaq, Gürcüstanla quru sərhədlərin tam açılması yaxın vaxtlarda mümkün görünürmü?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillər ölkədən yük kimi çıxarıla bilər:

“Maşınlar ölkədən öz hərəkəti ilə deyil, yük qismində çıxarılır. Bu zaman müxtəlif yükdaşıma xidmətlərindən istifadə etmək mümkündür. Bunun üçün əvvəlcədən müəyyən gömrük prosedurlarından keçilməlidir. Həmin prosedurlar tamamlandıqdan sonra avtomobil ölkəni tərk edə bilər. Bu üsulun sərfəli olub-olmaması barədə ümumi fikir bildirmək çətindir. Hər kəs daşınmanın ona sərf edib-etmədiyini öz imkanlarına və ehtiyaclarına uyğun qiymətləndirir”.

Ekspert qeyd edib ki, quru sərhədlərin açılması ilə bağlı hər hansı qərar yoxdur:

“Hazırda ölkədə karantin rejimi qüvvədə qalır. Buna görə də həmin məsələ ilə bağlı konkret fikir söyləmək mümkün deyil”.

Tarix
2026.06.03 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla