Yuxarı

Bakıda ata və iki oğlu qazdan zəhərləndi - biri sağ qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ata və iki oğlu qazdan zəhərləndi - biri sağ qaldı

10:46

Bakıda ata və oğul dəm qazından boğulub.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib.

İlkin məlumata görə, 13 yaşlı K.Abıyev və atasının meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, K.Abıyev Nəsimi rayonundakı 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Onun ölümü barədə məktəbin sosial media hesabında məlumat paylaşılıb.

***

Bakıda mənzildə ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər azyaşlı övladı zəhərlənib.

Məlumata görə, iyunun 7-si saat 17 radələrində 20 Yanvar küçəsində nənzildə yaşayanlar 1974-cü il təvəllüdlü Əbülfəz Abıyev, onun oğlu 2013-cü il təvəllüdlü Kamran dəm qazından zəhərlənərək ölüblər.

Ailənin digər övladı 2005-ci il təvəllüdlü Nurlan zəhərlənmə əlaməti ilə xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

***

Dünən saat 16:40 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi ərazisindən dəm qazından zəhərlənmə səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub: "Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".

Qeyd olunub ki, hadisə yerində 2 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Tarix
2026.06.08 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla