Yuxarı

Ramiz Mehdiyev nə qədər rüşvət alıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyev nə qədər rüşvət alıb?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək, ayrı-ayrı şəxslərdən ümumilikdə 70 milyon manat rüşvət alıb.

Axar.az Gununsesi.info-ya istinadla xəbər verir ki, istintaqın davam etməsi nəzərə alınsa, sabiq PA rəhbərinin topladığı rüşvətin məbləğinin artacağı da gözlənilir.

Ramiz Mehdiyevə rüşvət verən şəxslərin kimliyinə gəlincə, onlar arasında dövlət vəzifəsini tutan və o cümlədən sahibkarlar da var.

Xatırladaq ki, sabiq PA rəhbəri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə daha əvvəl Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb.

Bu ittihamlar üzrə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İlkin olaraq 4 ay müddətinə müəyyən edilən ev dustaqlığının müddəti sonradan məhkəmə qərarları ilə uzadılıb.

Sonuncu məlumata görə, 2026-cı ilin iyununda Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadıb.

Tarix
2026.09.02 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla