Yuxarı

Məleykə Abbaszadənin qızına vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məleykə Abbaszadənin qızına vəzifə verildi

Azərbaycan Dövlət Pedaqoji Universitetində kadr dəyişiklikləri olub.

APA-nın xəbərinə görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev işdən azad edilib. Onun yerinə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Nigar Abbaszadənin təyin ediləcəyi gözlənilir.

ADPU-nun rektoru Cəfər Cəfərov faktı təsdiqləyib və bildirib ki, Mehdi Abdullayev başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub:

"O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında analoji vəzifəyə gedib. Onun yerinə bir neçə namizəd var və Nigar Abbaszadə də onlardan biridir. Hələ təyinat olmayıb, bu məsələ nazirliyin səlahiyyətindədir. Çox güman ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə olacaq".

C.Cəfərov vurğulayıb ki, ali məktəbin rəhbər heyətində kadrlar şöbəsinin müdiri, tədris-metodik şöbənin rəhbəri dəyişilib, digərləri işini davam etdirir.

Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın oğlu, Nigar Abbaszadə isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızıdır.

Tarix
2016.10.15 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla