Yuxarı

Sumqayıt yolunda qəza: 4 yaralı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt yolunda qəza: 4 yaralı - Foto

Bakı-Sumqayıt avtomobil yolunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə yolun 29-cu kilometrliyində qeydə alınıb.

Yolun qəza baş verən hissəsində təmir işləri aparılır və hərəkət zolaqlarından biri nəqliyyat hərəkəti üçün bağlanıb. Digər istiqamət isə arakəsmələrlə iki zolağa bölünüb. Sumqayıt istiqamətində yüksək sürətlə hərəkət edən "Lada" markalı avtomobilin sürücüsü təmir gedən yerə çatanda idarəetməni itirib. Avtomobil maneələri dağıdaraq, qarşı hərəkət zolağına keçib və Bakı istiqamətində hərəkətdə olan "QAZel" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində "Lada"nın sürücüsü və iki sərnişini, eləcə də, yüklə dolu "QAZel"in sərnişini xəsarət alıb. Yaralılar Sumqayıtdakı xəstəxanalara aparılıb.

Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, "Lada"nın sürücüsü avtomobili sərxoş vəziyyətdə idarə edib və təmirlə bağlı xəbərdarlıq, eləcə də sürət həddinin azaldılması ilə bağlı nişanlara məhəl qoymayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Tarix
2016.10.20 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla