Yuxarı

12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video

Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçinin olduğu "Consul" adlı gəmi 4 aydır çıxılmaz vəziyyətdə qalıb. Dənizçilər ərazidə gəmilərə davam edən dron hücumları səbəbindən gəmini tərk edə bilmədiklərini və təhlükə altında olduqlarını deyirlər.

Axar.az xəbər verir ki, Bakupost.az-a müraciət edən kapitan Səbuhi Salahov gəminin Rostova yük götürmək üçün gəldiyini və Moldovaya bir səfər etdiyini bildirib.

İkinci səfər zamanı isə əraziyə dron hücumları başlayıb və gəminin hərəkəti dayanıb.

“Rostova gəldik, buradan yük götürüb Moldovaya getməli idik. Bir səfər etdik. İkinci səfər zamanı gəmiləri vurmağa başladılar. Yollar bağlandı. Artıq 4 aydır gəmi Rostovda lövbərdədir”, - deyə kapitan bildirib.

Dənizçilərin sözlərinə görə, gəmi Türkiyənin “Adler Gemiçilik” şirkətinə məxsusdur. Rəhbərlərindən azərbaycanlı Elman Mürsəlov, digəri isə Türkiyə vətəndaşı Müzeffer Salim adlı şəxsdir.

Gəmi heyəti uzun müddətdir maaşlarının ödənmədiyini, telefonlarının blokladığını və Azərbaycana qayıtmaları üçün şərait onlara şərait yaradılmadığını deyirlər.

“Nə yol pulu verirlər ki, evə gedək, nə yemək pulu verirlər, nə də maaşlarımızı ödəyirlər. Maaşlarımızı alıb evə dönmək istəyirik. Yanımızda hər həftə bir gəmi vurulur. Hər saniyəmiz ölümdür. Aidiyyəti qurumlardan xahiş edirik, səsimizi səs versinlər”, - deyə kapitan bildirib.

Onun sözlərinə görə, ərazidə olan bəzi gəmilərin heyətləri gəmi sahiblərinin razılığı ilə evlərinə göndərilib. Lakin onların çalışdığı şirkət tərəfindən bununla bağlı heç bir addım atılmayıb.

S.Salahov bildirib ki, hazırda gəmidə 12 azərbaycanlı dənizçi var. Onların əsas tələbi yığılıb qalan maaşlarının ödənilməsi və Azərbaycana qayıtmaları üçün şərait yaradılmasıdır.

Tarix
2026.10.06 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla