Yuxarı

Həbsi gündəm olan polkovnik kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsi gündəm olan polkovnik kimdir?

Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Muxtar oğlu Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Ə.Məmmədov Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, ədliyyə polkovnikidir. O, 2016-cı il sentyabrın 27-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Sonrakı fəaliyyəti əsasən Penitensiar Xidmətin kadr məsələləri ilə bağlı olub. 2018-ci ildə Penitensiar Xidmətə yeni əməkdaşların qəbulu ilə bağlı keçirilən andiçmə mərasimində çıxış edib. Həmin tədbirdə yeni əməkdaşlara qanunçuluq, insan hüquq və azadlıqlarına hörmət, humanizm və qərəzsizlik prinsiplərinə riayət etməyi tövsiyə edib.

Beləliklə, Ə.Məmmədov təxminən 10 il Penitensiar Xidmətin Kadrlar İdarəsinə rəhbərlik edib.

2023-cü ildə İcmal.az Əflatun Məmmədovun Penitensiar Xidmətdə işə düzəlmək istəyən bəzi şəxslərdən ümumilikdə 250 min manatdan artıq rüşvət aldığı barədə iddialar irəli sürüb. Həmin yazıda məsələ ilə bağlı başqa yüksək vəzifəli şəxslərin də adları çəkilib.

Əflatun Məmmədovun adı daha əvvəl də tənqidi materiallarda hallanıb. 2021-ci ildə yayımlanan bir materialda onun adı cəzaçəkmə müəssisələrindən birinin rəhbərinin başqa müəssisəyə təyinatı ilə bağlı iddialar kontekstində çəkilib.

Ə.Məmmədov 2026-cı ilin mayında Penitensiar Xidmətdə tutduğu vəzifədən azad edilib. Onun “xidməti fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə” vəzifədən çıxarıldığı bildirilib. Lakin həmin nöqsanların konkret nədən ibarət olduğu açıqlanmayıb.

2026-cı il oktyabrın 5-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2026.10.06 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla