Yuxarı

15 yaşlı qız özünü güllələdi - Astarada

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 yaşlı qız özünü güllələdi - Astarada

Astara rayonunda 15 yaşlı qız özünü güllələyib.

Report-un verdiyi xəbərə görə, hadisə rayonun Şümrüd kəndində baş verib.

Həmin kəndin sakini 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb.

Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən yaralı əməliyyat olunub:

"Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub. Onun vəziyyəti hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır-stabildir və həyatı üçün hər an təhlükə yarana bilər".

Hadisənin intihar olduğu ehtimal edilir. Kənd sakinlərinin bildirdiyinə görə, Q.Əliyeva valideynləri onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Tarix
2016.12.01 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla