Yuxarı

Azərbaycan son model pilotsuz hava gəmisi almaq istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan son model pilotsuz hava gəmisi almaq istəyir

Azərbaycan yeni nəsil kosmik aparat - pilotsuz hava gəmisinə maraq göstərir. Bu texnologiya dünyada ilk hesab edilən, həm peyk, həm də pilotsuz aparat funksiyasını icra edən "Stratobus" uçan aparatıdır.

Report-un əldə etdiyi məlumata görə, dünyada analoqu olmayan bu texnologiya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də müsbət qarşılanıb.

Qeyd edək ki, Fransanın "Thales Alenia Space" şirkətinin təqdim etdiyi bu hava gəmisi müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub. "Stratobus"la dövlət sərhədi və su hövzəsinin müşahidəsini həyata keçirmək, habelə teleradio yayımı, mobil rabitə və naviqasiya sisteminin sərhədlərini genişləndirmək mümkündür.

Xarici görünüşünə görə hava gəmisini xatırladan "Stratobus" təlimat verilən hündürlüyə yüksələ və iki elektrik mühərriki sayəsində müəyyən vəziyyət ala bilir. Uçan aparatın təxminən 20 km hündürlükdə fəaliyyət göstərməsi nəzərdə tutulub.

Bu hava gəmisi ətraf mühit hadisələri, yanğınlar, su daşqınları, dənizdə fəlakətlərə nəzarət edə bilir, eyni zamanda dənizdə naviqasiya məsələsini də həll edə bilir. Yerə məsafə baxımından yaxın olduğu üçün ötürmə qabiliyyəti genişzolaqlıdır və bu, aparata peyk funksiyasını da müəkəmməl şəkildə icra etməyə imkan verir.

Hazırda bu texnologiyanı dünyada ancaq Sinqapur əldə edib. Hava gəmisinin iki hissədən olması onun dəyərini süni peykdən 5-10 dəfə ucuz edir. Belə ki, "Stratobus" hava və Yer hissəsindən ibarətdir. Aparat bir neçə infrastruktura xidmət göstərə bilər.

Bu kosmik aparatların ömrü 5 ildir.

Tarix
2016.12.07 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla