Yuxarı

"Azərenerji"nin külli miqdarda borcu yaranıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərenerji"nin külli miqdarda borcu yaranıb

Azerenerji ASC xarici öhdəliklərini yerinə yetirmək üçün dövlət büdcəsindən lazımi dəstək alacaq.

APA xəbər verir ki, bu barədə "Fitş" reytinq agentliyinin açıqlamasında deyilir.

Bildirilir ki, 2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 milyon dollar və 204 milyon avro məbləğində xarici borcunu ödəməlidir.

"Fitş" qeyd edir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət Azərenerji ASC-yə aşağı faiz dərəcəsi ilə 360 milyon manat məbləğində uzunmüddətli kredit ayırıb.

Bildirilir ki, Azərbaycan hökuməti Azərenerji ASC ilə bağlı investisiya proqramının qismən maliyyələşdirilməsi üçün 2009-2015-ci illərdə 970 mln. manat həcmində yatırım edib.

Agentliyin təqdim etdiyi məlumatlara əsasən, "Azərenerji" hələ də valyuta riskinə məruz qalır. Belə ki, yığımlarının mütləq əksəriyyəti manat olan dövlət şirkətinin xarici borcunun kifayət qədər böyük qismi dollar, avro və Yaponiya yenində ifadə olunub: "2015-ci ilin sonuna Azərenerji ASC-nin xarici borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata yüksəlib. Bunun əsas səbəbi manatın devalvasiyaya uğramasıdır. Hökumət dövlət şirkətinə zəruri dəstəyi verməkdədir".

"Fitş" qeyd edir ki, maliyyə göstəriciləri zəifləyən dövlət şirkəti likvidlik problemi ilə üzləşib.

Tarix
2016.12.07 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla münasibətlər ağlasığmaz şəkildə dəyişib - ABŞ

ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

"Veysəloğlu"nun ənənəvi illik tədbiri keçirildi - Foto

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

İran İsraili vurdu: İki azərbaycanlı həlak oldu - Foto

İrana humanitar yardım: Azərbaycan qonşuluğa sadiqdir

Əliyev hər şeyi soydaşlarımıza qurban etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla