Yuxarı

Gömrükdə pirotexniki məmulatlar aşkar edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə pirotexniki məmulatlar aşkar edildi

Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin “Mazimçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsinə “Arçi” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

DGK-dan Axar.az-a verilən məlumata görə, itin reaksiyasına əsasən yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 1856 ədəd pirotexniki məmulatlar aşkar olunub.

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məmulatı əsasında “Mazimçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn digər ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin hər dörd qapısının içərisindəki boşluqlardan isə 2540 ədəd petarda tipli pirotexniki məmulatlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Tarix
2016.12.13 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla