Yuxarı

Avtobusun öldürdüyü şəxs qəzet əməkdaşı imiş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtobusun öldürdüyü şəxs qəzet əməkdaşı imiş - Foto

09:27

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

Report-un xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsbəsində qeydə alınıb.

Belə ki, 132 saylı marşut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Dayvo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Hələlik şəxsiyyəti məlum olmayan kişi piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Bu barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar.

***

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusunun vuraraq öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.

Bu, Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğludur. Belə ki, E.Fərəcov işdən evə qayıdarkən yolu keçmək istəyib. Bu zaman onu avtobus vurub.

E.Fərəcov 2001-ci ildən “Qoroskop” qəzetində satış müdiri vəzifəsində çalışıb. “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, E.Fərəcov 2001-ci ilə qədər “Ədalət” qəzetinin satış müdiri olub.

Xatırladaq ki, avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.12.22 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla