Yuxarı

Generalın sürücüsü: “Dedilər, yaxşı dolanmaq istəyirsənsə...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Generalın sürücüsü: “Dedilər, yaxşı dolanmaq istəyirsənsə...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMCo-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov, Təmir Təchizat Servis MMCo-nin direktoru Bayram Vəliiyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Nigar Əlizadə ifadə verib.

"Akey" şirkətində mühasib işləyən şahid təqsirləndirilən şəxsləri tanımadığını deyib. Onun sözlərinə görə, şirkət karqo işlərinə baxıb: "Şirkətin rəhbəri Ayaz Kərimov idi. Bir çox şirkətlərlə çalışırdıq. Eləcə də "Carburq"la. Ayda 10 min dollar hesabımıza göndərilirdi. Ofisimizdə MTN-ə aid avadanlıqlar var idi. Maaşı əldən ələ verirdilər. Pulu şəxsən Ayaz Kərimov verirdi".

Digər şahid Nəriman Salmanov bildirib ki, Sabunçu telefon qovşağında işləyib, Təmir Təchizat Servis MMC-nin tikinti işlərinə baxıb: "İşlər formal aparılırdı, bunu rəhbərlik göstəriş verirdi. Ayrılan vəsaitdən 2.5 faiz bizə çatırdı. Tenderlerdə qalib gələn şirkətləri əvvəlcədən bilinirdi. Beytulla Hüseynov rəis olmamışdan əvvəl tenderlər qanuni keçirilirdi. Pulların qalan hissəsini Beytulla Hüseynova qaytarırdıq".

Ziddiyyətlər olduğu üçün onun istintaq ifadəsi elan edilib.

Nəriman Salmanov istintaqa bildirib ki, qovşağa 10 milyon manat pul köçürülüb, işlər 100 faiz görülüb: "Beytulla Hüseynov qiymətləri şişirdib. Buna baxmayaraq görülməyən iş qalmayıb, qiymətlərin şişirdilməsini sənədlər əsasında mütəxəssislər müəyyən edə bilər".

Nəriman Salmanov istintaq ifadəsini təsdiqləyib. Deyib ki, qiymətləndirmə işlərini şişirrtmək onların səlahiyyətləri çərçivəsində olmayıb: "Mən biımirəm ki, hansı materal hansı qiymətə idi. Anar Mustafayev mənimlə məsləhətləşməyib, onun qiymətləri şişirtməsindən xəbərim olmayıb. Bunu istintaqda biımişəm".

Şahid Dilbər Şükürzadənin sözlərinə görə, AzİnTelekom MMC-də şobə rəisinin müavini çalışıb. Bildirib ki, "Cartburq" şirkəti ilə müqavilə nazirlikdən gələn göstəriş əsasında bağlanıb.

Şirvan rabitə qovşağında işləyən şahid Arif Şahbazov da istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Şahid istintaqa deyib ki, görülən işlərin qiymətləri 30-35 faiz şişirdilib. Şahid məhkəmədə ifadəsinin bu hissəsini təsdiqləməyib: "Mən belə ifadəyə imza atmamışam, belə ifadə verməmişəm".

Digər şahid Elçin Əliyev Vidadi Zeynalovun sürücüsü olub: "Mənim adıma P.L.Z. şirkəti təsis olunub. Dedilər, dolanışığının yaxşı olmasını istəyirsənsə, adına şirkət yaradaq, mən də razılaşdım. Vidadi müəllimin sürücüsü idim, o da mənə dolanışığım üçün kömək edirdi".

Şahid Musa İsmayılovun sözlərinə görə, Rabitə Nazirliyinin məlumat və hesablama şöbəsində işləyib: "İstintaqda görülən işləri soruşublar, mən də məlumat vermişəm".

Digər şahid Nəsimi Musayev Rabitə Nazirliyində çalışdığını, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib: "Ayda əməkhaqqımdan əlavə 1000 manat paket almışam".

Bundan sonra şahid Müzəffər Rüstəmov bildirib ki, AzİnTelekom MMC-də işləyib və istintaqa verdiyi ifadəsini təsdiqləyir. Bildirib ki, istintaqda "Cartburq" şirkəti ilə bağlı suallar veriblər, o da sualları cavablandırıb.

Müzəffər Rüstəmov qeyd edib ki, "RosTelekom"un trafik imkanları geniş, "Cartburq"unku isə məhdud idi: "Bizə rəhbərlik tapşırıq verirdi ki, "Cartburq"la əməkdaşlıq edək".

Bu zaman Azintelekom MMC-nin rəhbəri olmuş təqsirləndirilən Cəlil Cəfərov şahidin ifadəsinə əlavə edib: "Mən beynəlxaq trafikə nəzarət etmişəm. Hər həftə Əli Abbasova trafikin gedişatı ilə bağlı məruzə edirdim. Trafikdəki oğurluqla MTN, bizim nazirlik mübarizə aparırdı.

Əli Abbasova məruzə edən zaman dedim ki, trafikdə oğurluq olur. Əli Abbasov dedi ki, neynirsən elə, oğurluğun qarşısını al. Sonra Əli Abbasov məni Ayaz Kərimovla tanış elədi. Qərara alındı ki, onlarla işləməliyik. Bundan sonra "Cartburq"la çalışmağa başladıq. Onlar trafikləri ölkəyə gətirəcək və oğurluğun qarşısı alınacaqdı".

Proses dekabrın 28-də davam edəcək.

Tarix
2016.12.23 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla