Yuxarı

Yol polisi rüşvətə görə işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi rüşvətə görə işdən çıxarıldı

Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin məsul işçisi vətəndaşların şikayəti əsasında işdən çıxarılıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, kapitan Bəxtiyar Həşimov vəzifəsindən azad edilib. Onun müxtəlif vaxtlarda sürücülərdən rüşvət tələb etdiyi üçün işdən çıxarıldığı bildirilir.

Məsələ ilə əlaqədar Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi bildirib ki, 2007-ci ildən yol polisi bölməsində çalışan Bəxtiyar Həşimovun işində ciddi nöqsanlar aşkar edilib.

Sürücülərin çoxsaylı şikayəti əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bəxtiyar Həşimovun fəaliyyəti araşdırılıb.

Fəaliyyətində nöqsanlar aşkar edilən Bəxtiyar Həşimov polis orqanlarından xaric edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Tarix
2014.04.01 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV sədri ilə mübahisə, batan “T” və idman ayaqqabısı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla