Yuxarı

Nazirlik Baş Prokurorluğa müraciət etdi - Yeyinti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Baş Prokurorluğa müraciət etdi -

Kənd Təsərrüfatı Nazirliyinə daxil olan müraciətə əsasən, Nazirliyin internet saytında (http://agro.gov.az/subsidiyalar) yerləşdirilmiş məlumatda Şəhla Məmmədəli qızı İsmayılovaya ödəniləcək yardımın məbləği 9900 AZN göstərildiyi halda, Kapital Bank ASC-nin Zərdab filialı tərəfindən istehsalçıya 5000 AZN ödənilib.

Nazirlikdən Axar.az-a verilən məlumatda bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırmalar zamanı Yardımların verilməsi üzrə Respublika Komissiyası tərəfindən Zərdab rayon komissiyasına təqdim edilmiş siyahı ilə Zərdab rayon komissiyasından Kapital Bank ASC Zərdab filialına göndərilmiş siyahı müqayisə edilib. Nəticədə məlum olub ki, 238 nəfər istehsalçıya bank tərəfindən faktiki ödənilən vəsaitlə Respublika Komissiyasının ödənilməsi barədə qərar qəbul etdiyi vəsait arasında 37185,50 manat fərq var. Nəzərdə tutulduğundan artıq olan həmin vəsait məhsul istehsalçılarının bir qisminə ödənilməli məbləğdən azaldılaraq digər istehsalçıların bank hesablarına köçürülüb.

Nazirlik bildirib ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarının 50%-nin dövlət tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə hər hektara 50 manat məbləğində yardım verilir. Rayon icra hakimiyyəti başçılarının sərəncamı ilə yaradılmış ərazi komissiyaları hər bir rayon üzrə əkin sahələri və yardım alan istehsalçılar barədə məlumatları toplayaraq, Yardımların verilməsi üzrə Respublika Komissiyasına təqdim edir. Yardımların köçürülməsi üçün rayon komissiyaları yardım veriləcək istehsalçıların siyahısı, bank rekvizitləri və onlara veriləcək yardımın məbləği barədə məlumatı müvəkkil banka göndərir.

Şəffaflığı təmin etmək üçün subsidiya alacaq kənd təsərrüfatı məhsulları istehsalçılarının siyahısı (rayonun, kəndin, məhsul istehsalçısının adı, əkin sahəsi və alacağı subsidiyanın miqdarı) Kənd Təsərrüfatı Nazirliyinin internet saytında http://agro.gov.az/subsidiyalar ünvanında yerləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyi aşkar etdiyi nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədləri Respublika Prokurorluğuna göndərib.

Tarix
2016.12.28 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla