Adətən kəşflərdən danışanda ən çox kişi ixtiraçıların
adları çəkilir. Amma bu sahədə qadınlar da az deyil. Maraqlı odur
ki, qadınlar ixtiralarını elm adına deyil, daha çox öz həyatlarını
yüngülləşdirmək adına ediblər. İnad və üsyanın nəticəsində ortaya
çıxan kəşflər...
Qabyuyan maşın
CosefinaKoşreyn xidmətçilərinin davamlı olaraq çiniqablarını
sındırmasındanbezdiyi üçün qabyuyan maşın icad edib. O öz
ixtirasını ilk əvvəllər restoranlara və otellərə satıb.
Büzqalter
Meri FilbsYakob indi bütün qadınların istifadə etdiyi büzqalteri
icad edib. O bu icadı üçü 1914-cü ildə ABŞ-da patent alıb.
Avtomobil şüşəsiləni
Meri Anderson öz kəşfi ilə sürücülərin həyatını yüngülləşdirib.
1900-cü ilə qədər sürücülər yağış və qar yağanda hər tin başı
avtomobillərini saxlayıbmaşının şüşəsini silmək məcburiyyətində
idi. MeriAnderson 1903-cü ildə avtomobil şüşə təmizləyicisini icad
etdiyində isə sürücülərin diqqətini dağıdacağı səbəbindən 10 il
patent ala bilmədi. Ancaq sonunda hər kəs bu icadın xeyrini görməyə
və ondan istifadə etməyə başladı.
Kompüter
Dr.QreysMörrey ilk böyük miqyaslı kompüteri icad edib. İkinci
Dünya müharibəsindən sonra Harvard Universitetində icra etdiyi
işlər nəticəsində ilk böyük miqyaslı kompüter "IBM-HarvardMark 1"i
icad etdiyi üçün "kompüterlərin anası" olaraq tarixə adını
yazdırdı.
Mesaj şifrələmə
HediLamarr gizli kodlaşdırma sistemini yaratdı. Avstriyalı
HediLamarrfaşistlərə simpatiyası olan əriyləqatıldığı iclaslarda
silahlarla əlaqədar çox şey öyrənib. Ancaq faşistlərə və ərinə
qarşı böyük nifrət duymağa başlayan Lamarr sonunda Londona və
oradan da ABŞ-a qaçıb. Faşistlərə qarşı İkinci Dünya müharibəsində
istifadə edilmək üçün çıxardığı mesaj şifrələmə sistemi üçün
1941-ci ildə patent aldı və sistem 20 il sonra istifadə edilməyə
başlandı.
Alt paltarı
Dünyanın ən zəngin qadınları siyahısında yer alanBləkli bu
sərvətini icad etdiyi alt paltara borcludur. Çıxardığı elastik alt
paltarları sayəsində qadınların daha zəif görünməsini təmin edən
"Spanx" adlı alt paltarıBləklinin 500 milyon dollarlıq şirkətin
sahibi olmasını təmin edib.
"Kevlar"
StefaniKuolekin 1963-cü ildə icad etdiyi, "Kevlar" adı verilən,
sərt və dayanıqlı materialdan hazırlanan gödəkçələri indi
polislərin və əsgərlərin geyindikləri gülləkeçirmezgeyimlərin
ortaya çıxması ilə nəticələndi.
Pampers
MarionDonovan birdəfə istifadə edilən uşaq bezini 1949-cu ildə
icad edib. Daha sonra o icadını daha da təkminləşdirərək1961-ci
ildə bugün bütün anaların rahatlıqla istifadə etdiyi
"Pampers"iyaratdı.
Körpə daşıma
EnnMur öz icadı ilə uşaqlı anaların həyatını yüngülləşdirdi.
1960-cı illərdə Qərbi Afrikada könüllü olaraq çalışan Muryerli
qadınların körpələrini daşıma formasından təsirlənib.
Lazerlə cərrahiəməliyyat
Patrisiya Batsa katarakta əməliyyatında istifadə edilən yeni bir
üsulu, lazerlə cərrahi müdaxiləni icad etdi və 1988-ci ildə patent
alan ilk Afro-Amerikan qadın həkim olub.
Günəş enerjisi
Dr. Mariya TelkesMacarıstanda doğulub. 1925-ci ildən ABŞ-a
yerləşən biofizik mütəxəssisi olan Telkes evlərdə istifadə edilən
günəş enerjisiylə istilik sisteminin ixtiraçısıdır.
Qatlanan yataq
Sara E. Qud qatlanan yatağı icad etdi və 1885-ci ildə bu kəşfin
patentini aldı.
İsitmə sitemi
Elis H. Parkermüasir dövrdə rahatlıqla istifadə etdiyimiz
mərkəzi isitmə sitemini icad edib.