Yuxarı

Ruslan Bəşirli bəyanat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslan Bəşirli bəyanat yaydı

Avropa.info saytı xaricdə fəaliyyət göstərən və Azərbaycan vətəndaşlarına saxta sənəd satan təşkilatlarla əməkdaşlıq etmədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, saytın yaydığı bəyanatda Almaniya və digər Avropa ölkələrinə “saxta jurnalistlərin” guya siyasi təqiblərlə üzləşdiyi barədə “arayışlar” təqdim edən Qazeta Analitik İnformasiya Mərkəzi ilə heç vaxt əməkdaşlıq etmədiyi vurğulanıb:

“Qazeta Analitik İnformasiya Mərkəzi adlı bir qurum tərəfdaşlıq etdiyi media orqanları arasında bizim saytın da adını çəkib. Avropa.info olaraq bildirir ki, sayt belə bir mərkəzlə heç vaxt əməkdaşlıq etməyib. Adımızdan istifadə edərək vətəndaşlara saxta vəsiqə satan bu cür cinayətkarlara ən sərt şəkildə etiraz edirik”.

Gündəminfo.az saytının baş redaktoru Razi Abasbəyli də Axar.az-a açıqlamasında belə bir təşkilatla heç vaxt əməkdaşlıq etmədiklərini deyib.

Qeyd edək ki, Qazeta Analitik İnformasiya Mərkəzi Azərbaycandan Avropa ölkələrinə saxta "siyasi mühacir” ixracı ilə məşğuldur. Təşkilat “arayışında” Avropa.info, Teref.info, Xalqxeber.az, Gündəminfo.az, Azadliq.info saytları ilə, o cümlədən siyasi mühacirlərlə əməkdaşlıq etdiyini bildirib.

Tarix
2017.01.30 / 15:43
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Səxavət Məmmədzadə bu xəstəxananın direktoru təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

Vətəndaşlar pullarını bu bankdan geri çəkir

Azərbaycanla bağlı bu qətnamə diplomatik rüsvayçılıqdır

Bayramov Arakçı ilə danışdı

Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalır

Okampodan şok: Mən pulları ermənilərdən almışam... – Video

BTQ yerli xalqların müdafiəsini davam etdirir - Abbasov

Ermənistan da daxil, bütün qonşularımızla…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla