Yuxarı

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı - Video

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.

DİN-dən Axar.az-a verilən məlumata görə, nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha iki nəfər - 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev “sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi” barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər. Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.

Tarix
2026.05.01 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncəvinin büstünün üstü bağlandı - Video

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla