Yuxarı

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” oldu

Azərbaycanda böyük populyarlıq qazanan “WoWoman” - xanımların şəxsi inkişaf platforması 2 illiyini qeyd edib.

Axar.az xəbər verir ki, “Fairmont Baku” otelində baş tutan hesabat xarakterli toplantıda platformanın 2016-cı ildəki uğur və nailiyyətləri qeyd olunub, həmçinin bu layihəyə dəstək olan qurumlar mükafatlandırılıb.

Azərsell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bu il ərzində “WoWoman” platformasının ən yaxşı tərəfdaşlarından biri elan olunub.

Qeyd edilib ki, “WoWoman” platforması ötən il Barama Mərkəzi ilə birlikdə "TechFall 2016 Hackathon" layihəsini həyata keçirib. Layihə çərçivəsində proqramçılar 36 saat ərzində yatmadan, fasiləsiz yeni mobil tətbiqetmə hazırlayaraq “Hackathon” formatında yarışıblar.

“WoWoman” platformasının ötən il ərzindəki ən uğurlu layihələrindən biri olan “Tech-Tech Xanım” da Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyilə baş tutub. İl ərzində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında məlumatlar verilib. Proqram çərçivəsində 20-dən çox tədbir keçirilib, 1500-dən çox ərizə daxil olub. Ötən il həmçinin, “WoWenture” sahibkarlıq proqramı, HR sahəsində çalışan xanımlar üçün “HR Academy” layihəsinə start verilib.

Ümumilikdə xanımların fərdi və peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılan “WoWoman” platforması 2 il ərzində 6500-dən çox iştirakçı ilə 100-dən çox tədbir, 15 uzun müddətli proqram təşkil edib və 17 500 müraciət alıb. Bu layihə bəzi beynəlxalq mükafatlara da layiq görülüb, bir sıra xarici ölkələrdə nümayəndəlikləri yaradılıb.

Üçüncü ilində platforma çərçivəsində “WoWenture”, “HR Academy”, “Events” and “Express yourself” layihələri ilə yanaşı, dünyanın daha 20 ölkəsində platformanı təsis etmək planlaşdırılır. O cümlədən, yeni "Pro in Projects" adlı layihənin idarəedilməsi proqramına, film çəkmək üzrə “WoWideo” proqramına və "WoWoman in Me" layihəsinə start veriləcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.03.02 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla