Yuxarı

Havalar soyuyur: Qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Havalar soyuyur: Qar yağacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, martın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 3-6° isti, gündüz 9-14°, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 6-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, martın 11-i gün ərzində bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Tarix
2017.03.10 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

Onlara bu tarixdə hökm oxunacaq

Azərbaycanla müharibə səhifəsini bağlamışıq - Simonyan

Xameneinin müşaviri Azərbaycanı hədələdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla