Yuxarı

Döyüşlərdə yeni uğurlar əldə ediləcək – Zakir Həsənov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Döyüşlərdə yeni uğurlar əldə ediləcək – Zakir Həsənov

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Axar.az təbrikin mətnini təqdim edir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunan Novruz baharın gəlişinin, təbiətin oyanışının rəmzidir.

Dövlət müstəqilliyimizin nailiyyəti kimi, xalqımızın əsrlərlə qoruyub saxladığı adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı bu gün əsl ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qeyd edilir.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş birliyi əldə olunub, ölkəmiz dünya dövlətləri arasında layiqli yerini tutub. Bu gün ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük nailiyyətlər əldə edilib.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edəcək, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olunacaq.

Ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini hər zaman olduğu kimi bayram ərəfəsində də ehtiramla yad edirik. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq düşmənlə savaşda sağlamlığını itirən döyüşçülərimizi də bayram münasibətilə təbrik edirəm.

Arzu edirəm ki, Novruz bayramı gəlişiylə hamınızın evinə bol ruzi-bərəkət gətirsin, sevinc bəxş etsin.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram".

Tarix
2017.03.18 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla