Yuxarı

Tələbə tarixinin faciəvi ADNA günü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbə tarixinin faciəvi ADNA günü

12 nəfərin qətlə yetirilidiyi terror aktından 8 il keçir

30 aprel 2009-cu il... Çox qəribədir. Bu tarix məhz həftənin dördüncü gününə təsadüf etdi. 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında qanlı terror hadisəsi oldu.

Bundan qabaq da Azərbaycanın müxtəlif yerlərində, o cümlədən paytaxtımızda terror faktı olub. Amma heç birində gülləni beynimizə, gələcəyimizə, gələcəyimizin mədəni, intellektual bazası olan tələbələrə tuşlamamışdılar. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Artıq bu gün "30 aprel" demək kifayətdir ki, o qanlı tarixçəni bir daha bütün acısıyla yaşayasan. 30 aprel günü akademiyanın 2-ci tədris binasında cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər güllələndi.

Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz neft mədən" və "Neft mexanikası" fakültələrinin yerləşdiyi Akademiyanın 2-ci korpusu o gün təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqət mərkəzinə çevrildi.

Həmin gün Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna silahlı basqın oldu. Gözlənilməz hadisə Akademiyada olanları təşvişə saldı. Hadisədən xəbər tutan hər kəs auditoriyaların qapılarını arxadan bağlayıb qatilin əlindən canını qurtarmaq üçün binanın pəncərələrindən boylanaraq qışqırıb kömək istəyirdi. Əli silahlının gözündən yayına bilən tələbə və müəllimlər çölə axışırdı. Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələyib...

Silahlı terrorçunun atdığı güllələr Akademiyanın müəllim və tələbələrinin, əsasən baş və boyun nahiyəsindən dəymişdi. Gülləyə tuş gələnlərin içərisində Akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri və hətta yeməkxanaya süd məhsulları gətirən bir xanım da var idi.

Hadisə zamanı

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü

2. Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

3. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

1. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

2. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

3. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

4. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

5. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü

6. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü və Akademiyaya süd məhsulları gətirən

8. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü öldürülüb...

Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

İstipress

Tarix
2017.04.30 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla