Yuxarı

5 marşrut üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 10.30-da “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından APA-ya verilən məlumata görə, “Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçirilir.

Velosiped turunun birinci mərhələsi - Bakı - Sumqayıt (150 km) marşrutunu əhatə edir. Bu gün mərhələlərlə bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Sabah iştirakçılar 2-ci mərhələdə Bakı - İsmayıllı (187 km), mayın 5-də 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km), mayın 6-da 4-cü mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və mayın 7-də sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.

Mayın 7-də yarış iştirakçılarının Bakıda bir neçə dəfə dövrə vurması nəzərdə tutulub. Velosiped turu zamanı müvafiq mərhələlərə uyğun marşrutlar üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında deyib ki, velosiped turunun keçirilməsi ilə bağlı müvafiq ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi üçün yol polisi həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyur və istiqaməti dəyişir:

“Nəqliyyatın hərəkətinə məhdudiyyət də fasilələrlə qoyulur. Yəni elə formada işləməyə çalışırıq ki, sürücülərin də hərəkətində ləngimə olmasın”.

Qeyd edək ki, builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.

Tarix
2017.05.03 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla