Yuxarı

Azərbaycanda zəlzələ: 11 nəfər xəsarət aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda zəlzələ: 11 nəfər xəsarət aldı

Şərqi Azərbaycanda baş verən zəlzələ nəticəsində ən azı 11 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, İSNA saat 8:00-da 5 bal gücündə baş verən zəlzələnin episentrinin Azərbaycan Respublikasına düşdüyünü yazıb.

Ərdəbil Böhran İdarəetmə Mərkəzinin rəhbəri Məsud İmami bildirib ki, Parsabad, Muğan və Germi şəhərlərində bəzi evlərin divarlarında çat əmələ gəlib, ölən isə yoxdur.

Zəlzələ nəticəsində digər kəndlərə dəymiş ziyanlarla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Azərbaycan Respublikasının Saatlı rayonu ərazisində zəlzələ baş verib. Zəlzələnin maqnitudası 5,3 bal, dərinliyi 39 kilometr olub.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində, o cümlədən Arazın o tayında 4-3 bala qədər hiss olunub.

Şimali Azərbaycanda dağıntı və tələfat yoxdur.

Tarix
2017.05.11 / 14:13
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycanla münasibətlər ağlasığmaz şəkildə dəyişib - ABŞ

ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

"Veysəloğlu"nun ənənəvi illik tədbiri keçirildi - Foto

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

İran İsraili vurdu: İki azərbaycanlı həlak oldu - Foto

İrana humanitar yardım: Azərbaycan qonşuluğa sadiqdir

Əliyev hər şeyi soydaşlarımıza qurban etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla