Xocalı faciəsi ilə tanınan İlham Quliyev vəfat etdi - Foto
16:08
| Ana səhifə Toplum |
|
Sumqayıtda oğul atasını bilərəkdən avtomobillə vurub öldürüb.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, mayın 14-də saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin VAZ-2107 markalı avtomobillə törədilməsi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
|
Tarix
2017.05.16 / 14:45
|
Müəllif
Axar.az
|