Yuxarı

"Baksell"dən qayğıya ehtiyacı olanlara dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Baksell"dən qayğıya ehtiyacı olanlara dəstək

“Baksell” şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “İncəsənət Vasitəsilə Ünsiyyət” layihəsini bu il də davam etdirir. Bu il layihə müddətində 114-dən çox uşaq dərnəklərdə yeni bacarıqlar qazanacaq, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdiməklə həm özləri sevinəcək, həm də izləyənlərini sevindirəcəklər.

Axar.az xəbər verir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında xoş və yaddaqalan dəyişikliklər yaradan bu layihə çərçivəsində ”UAFA”nın Gəncə, Xaçmaz, Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində indiyədək yüzlərlə uşaq yeni bacarıqlara yiyələnib, bir çox respublika və beynəlxalq səviyyəli yarışlarda qalib olublar.

Hər dəfə övladlarının dərnəklərdə qazandığı bacarıq və nailiyyətləri görən valideyinlərin isə sevinci həddsizdir. “Mən övladımın yeni nailiyyətlərinin, həyatının müsbətə doğru dəyişdiyinin şahidi olduqca çox sevinirəm. Artıq o cəmiyyətin fəal üzvünə çevrilib”, bu sözləri valideyinlərdən biri rəqs dərnəyindən bəhrələnən övladı haqda söyləyir.

“Sosial məsuliyyətli mobil operator olaraq uşaqlara dəstək olmağımıza imkan yaratdıqları üçün ilk növbədə onların valideynlərinə təşəkkürümüzü bildirir, onların etibarını doğrultmaq üçün daim əlimizdən gələni etməyi özümüzə borc bilirik. UAFA-nın təşkilatçılığı ilə dəstəklədiyimiz bu layihə sayəsində uşaqlar üçün əlavə imkanlar yaradılır və onlar gələcəyə doğru daha inamla irəliləyir, özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edirlər. Ümidvarıq ki, layihə ötən illərdə olduğu kimi bu il də çox uğurlu olacaq”, - deyə “Baksell” şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

UAFA təşkilatının direktoru Qven Börçell “Baksell”–UAFA əməkdaşlığı nəticəsində bu uşaqların dayanıqlı xidmətlərlə təmin olunduqlarını və artıq öz uğurları ilə milli səviyyədə diqqət qazandıqlarını bildirir: ”Məqsədimiz əlilliyi olan gənc insanların aktivliyini təmin etmək, onlar üçün bərabər hüquq və imkanlar yaradılmasına dəstək verməkdir. Birgə layihəmiz cəmiyyətə xüsusi qayğıya ehtiyacı olan uşaqları daha yaxından tanıma və onları anlama imkanı yaradır”.

Qeyd edək ki, Mərkəzlərdə təklif olunan dərnəklər hər dəfə uşaqların istək və maraqları əsasında seçilir. Bura dram, rəqs, rəsm, yaradıcılıq dərnəkləri daxildir. Əlamətdar günlərdə, müxtəlif tədbirlərdə çıxış etmək üçün hətta dövlət qurumlarından dəvət alan xüsusi qayğıya ehtiyacı olan dərnək üzvləri öz bacarıqlarını həvəslə göstərir və həmişə alqışlarla qarşılanırlar. Bu dərnəklər əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı cəmiyyətdə əlilliyə münasibəti də dəyişir.

Tarix
2017.05.16 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla