Yuxarı

Cavid Qurbanov: Məqsədimiz loqistik dəhliz yaratmaqdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavid Qurbanov: Məqsədimiz loqistik dəhliz yaratmaqdır

Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın iştirakı ilə Cənub və Qərb arasında yeni loqistik dəhliz yaradıla bilər. Bunun üçün artıq danışıqlar gedir və ilkin addımlar atılıb.

Bu sözləri Report-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov söyləyib.

C.Qurbanov deyib ki, Polşanın daxilində, Slavkov deyilən ərazidə bizim ölçülərə uyğun, yəni 1520 ölçüdə 400 kilometr uzunluqda dəmir yolu xətti var. Bu da Avropa ölkələrindən yüklərin Azərbaycandan keçməklə Hindistan, Pakistan, İran və digər ölkələrə daşınmasında mühüm rol oynaya bilər. İlkin hesablamalara görə, bu yolun üzərində 72 milyon tona yaxın yük var. Biz bunun bir hissəsini götürə bilərik. Pul vahidi ilə ifadə etsək, Hindistan ilə Polşa arasındakı dövriyyə təqribən 3 milyard dollara yaxındır. İran ilə Ukrayna arasında isə təqribən 500-600 milyon dollar civarındadır.

Millət vəkili bildirib ki, bu vaxtadək sözügedən məsələ ilə heç kim məşğul olmayıb. Azərbaycanın təbii-coğrafi mövqeyi bununla məşğul olmağa, yeni loqistik məhsul ortaya qoymağa imkan yaradır. Bu yol həm də, yaxın və təhlükəsizdir.

“Astaradan Slavkoya olacaq yolun uzunluğu 3336 kilometrdir. Astaradan Rusiya ərazisindən keçməklə gedən yol isə 4 min kilometrdən çoxdur. Bizim təklif etdiyimiz yeni dəhliz Avropaya çıxış baxımından da sərfəlidir. Yeni yol, eyni zamanda, Rumıniya, Bolqarıstan, eləcə də Türkiyədən keçməklə Avstriya və Londona qədər gedə bilər. Bu həm də 14-cü dəhliz ola bilər”, - deyə C.Qurbanov vurğulayıb.

Tarix
2017.06.06 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla