Yuxarı

Media ekspertindən TV-lərə dərs olacaq - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kəs demir ki, telekanallar belə hallarda matəmə köklənsin. Ancaq adi şou, idman verilişində də Zəhra ilə bağlı xatırlatma verilməlidir.

Bu sözləri Axar.az-a media eksperti Zeynal Məmmədli iyulun 4-də erməni ordusunun mülki əhaliyə qarşı ağır silahlardan istifadə etməsi və iki dinc sakinin, o cümlədən 2 yaşlı Zəhranın qətlinə telekanalların adekvat reaksiya göstərməməsi barədə ittihamları şərh edərkən deyib. Ekspertin fikrincə, bu baxımdan bizə ən yaxın olan Türkiyə təcrübəsinə baxmalıyıq:

“Demək olar, aylardır, illərdir Türkiyədə terror tüğyan edir. Türk kanallarının buna reaksiyası necədir, bir fikir verin. Günlərlə, aylarla, saatlarla matəm əhval-ruhiyyəsi yaradırlarmı? Əsla! Əksinə, gündəmi davam etdirməklə hadisəni unutdurmurlar və tez-tez xatırladırlar.

Efirə gedəcək ən adi verilişdə, hətta idman proqramında da yaşanan faciə ilə bağlı bir anlıq xatırlatma verilə bilər. Veriliş canlıdırsa, aparıcılar hadisədən kədərləndiklərini bildirə və bir vətəndaş kimi münasibətlərini bildirib, verilişə davam edə bilərlər. Əvvəldən hazırlanmış verilişlərdə isə fasilələrlə xatırlatma verilə bilər.

Hətta canlı konsert proqramında müğənni bu hadisədən kədərləndiyini bildirməlidir, konserti ona həsr etməli, hadisəyə uyğun bir neçə musiqi səsləndirməlidir. Belə məqamlarda televiziyaların üzərinə düşən məsuliyyət bundan artıq deyil”.

Z.Məmmədli qeyd edib ki, istənilən halda çıxış yolu var:

“Heç kəs demir ki, kanallar gün ərzində matəm əhvalı yaratsın. Təkcə xəbər proqramında bir neçə dəqiqəlik sujetlə iş birmir. Mütləq efirin dəyişilməsi də vacib deyil. Hətta şou verilişinin arasında belə müəyyən xatırlatma vermək olar. Bu faciə baş verən ailənin də ürəyinə su sərpər. Onun kədərinə hamının sayğı duyduğunu hiss edər. Əhalidə də telekanallara qarşı qıcıq yaranmaz”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Tarix
2017.07.07 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla