Bir neçə gündür ki, mediada 055 666 66 66 nömrəsinin
rekord qiymətə - 100.000 manata satışa çıxarılması ilə bağlı
məlumatlar dolaşır.
Bu gün isə həmin nömrənin endirimli qiymətə adıçəkilməyən iş
adamına satılması ilə bağlı xəbər dərc olunub.
Xəbəri dəqiqləşdirmək üşün sözügedən nömrənin sahibi ilə əlaqə
saxladıq.
Özünü Vüqar adlı şəxs kimi təqdim edən nömrənin sahibi
açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirib: "Bu
xəbərlər hansısa jurnalistin uydurmasıdır. Bu nömrə 6 ildir ki,
məndədir. 6 il əvvəl onu "Buta palace"-da keçirilən bir auksionda
kifayət qədər ucuz qiymətə almışam. Hazırda da nömrə məndədir.
Satmaq fikrim də yoxdur. Yayılan xəbərlərlə bağlı Bakcell-ə rəsmi
müraciət etmişəm. Görünür, belə xəbərlərin yayılmasında
"Bakcell"-in özü maraqlıdır ki, reklam olunsun. Bununla bağlı
məhkəməyə müraciət edəcəyəm". /Qaynar.info/