Yuxarı

“Azəriqaz”da struktur dəyişikliyi: idarələr birləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz" İstehsalat Birliyi regional qaz idarələrinin sayını 3-ə çatdırıb.

Bu barədə Axar.az-a qurumun mətbuat xidmətinin rəhbəri Araz Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu günlərdə Xaçmaz və Salyan Regional Qaz İstismarı idarələri yaradılıb. Xaçmazdakı idarə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarının qaz istismarı sahələrinin maddi-texniki bazasında formalaşacaq.

Salyan Regional Qaz İdarəsi isə Şirvan, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli və Hacıqabul rayonlarında abunəçilərə xidmət göstərəcək.

Qeyd edək ki, ilk yaradılan belə idarə şimal rayonlarını əhatə edən Zaqatala Regional Qaz İstismarı İdarəsidir. Yeni idarələrin yaranma səbəblərinə gəlincə, A.Ağayev deyib ki, burada əsas məqsəd beynəlxalq standartlara uyğun yeni və maliyyə baxımından sərfəli struktur formalaşdırmaqdır:

"Məqsədimiz strukturun təkmilləşdirilməsi və "Azəriqaz" İB üzrə mövcud xərclərin optimallaşdırılmasıdır. Bununla bağlı hələlik 3 regional idarə yaradılıb. Proses davam etdirilir. Amma digər rayonlarda dəyişikliklərin nə vaxt baş tutacağı barədə məlumatım yoxdur".

Yeni struktur formalaşdırılması işçilərin sayının azalmasına səbəb olacaq. İxtisara düşən əməkdaşların taleyi barədə suala Araz Ağayev belə cavab verib:

"Bu idarələrin birləşdirdiyi rayon qaz istismarı sahələrində çalışan işçilərlə əmək münasibətlərinin davam etdirilməsi imkanları ARDNŞ-ın İnsan Resursları Departamenti ilə birgə araşdırılacaq".

Paytaxtdakı qaz idarələrinin fəaliyyəti ilə bağlı yeniliklərə toxunan A.Ağayev yaxın vaxtlarda Bakı şəhəri və Abşeron rayonu üzrə hər hansı struktur dəyişikliyinin gözlənilmədiyini bildirib.

Tarix
2014.06.04 / 21:13
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

Bu ərazilər Azərbaycana qaytarılır: ermənilər xəritə yaydı - Foto

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

İlham Əliyevin müdrikliyi sayəsində... - Rusiya səfiri

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

İlham Əliyev Filippin prezidentini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

Prezident onlara müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla