Yuxarı

Kredit borcu olana şad xəbər: bu, ləğv edilə bilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda kredit borcunu qaytara bilməyən xeyli insan var. Bundan çıxış yolu kimi bir sıra təkliflər hazırlanıb. Məsələn, kredit borcunu qaytarmaqda çətinlik çəkənlərə bir sıra vergi güzəştlərinin tətbiq edilməsi təklif olunur. Bundan əlavə, bir neçə banka borcu olanlarla bağlı da yeniliklər ola bilər.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Banklar Assosiasiyasının nümayəndələri, həmçinin, bank rəsmiləri və müstəqil iqtisadçıların birgə müzakirəsi zamanı kredit borcunu qaytara bilməyənlərin vergidən azad edilməsi təklif olunub. Söhbət borclu şəxslərin 14 faizlik gəlir vergisindən azad edilməsindən gedir.

Bir neçə banka borcu olan müştərilərlə bağlı da təkliflər səsləndirilib. Təkliflərdə həmin kreditlərin sağlamlaşdırılması nəzərdə tutulur.

Ekspert Vüqar Bayramovun sözlərinə görə, bu təklifdə borc məbləği eyni qalsa da, vətəndaşın aylarla bir neçə bankla danışıqlar aparmasının qarşısı alınacaq.

Təkliflər hökumətdə müzakirə ediləcək.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə ödəniş vaxtı keçmiş borcların həcmi 1 milyard 889 milyon 600 min manat təşkil edib və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 37,4 faiz daha çoxdur.

Tarix
2017.12.09 / 23:03
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

Bu ərazilər Azərbaycana qaytarılır: ermənilər xəritə yaydı - Foto

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

İlham Əliyevin müdrikliyi sayəsində... - Rusiya səfiri

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

İlham Əliyev Filippin prezidentini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla