Yuxarı

Müğənni jurnalisti məhkəməyə verib, istirahətə getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənni jurnalisti məhkəməyə verib, istirahətə getdi

Məşhur müğənninin onu narkoman adlandıran sayt əməkdaşları ilə məhkəmə çəkişməsi niyə təxirə düşüb?

Müğənni Mətanət İsgəndərlinin jurnalistlərlə məhkəmə prosesi hələ davam edir. Belə ki, bir neçə ay öncə müğənni aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroğlunu və portalın əməkdaşı İntiqam (Valehoğlu) Əliyevi məhkəməyə verib. Səbəb isə "Aznews.az" saytında barəsində gedən yazıdakı "narkoman" ifadəsidir.
Qeyd edək ki, M.İsgəndərli Nərimanov rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Hazırda durumun nə yerdə olmasını xəbər almaq üçün hər iki tərəflə əlaqə saxladıq.

E.Zahiroğlu hələ ciddi bir irəliləyişin olmadığını bildirərək bunları söylədi:

"Məhkəmə davam edir. Növbəti proses iyulun 21-də keçiriləcək. Ötən məhkəmədə biz həmin informasiyanı yazmaqda qərəzimizin olmadığını sübut edən materiallar təqdim etdik. Həmin materiallara münasibəti Mətanət İsgəndərlinin özü bildirməliydi. O isə məhkəmədə iştirak etmirdi. Ona görə də hakim prosesi təxirə saldı. Növbəti məhkəmə prosesində müğənninin özünün də iştirakının lazımlığını bildirdi".

Növbəti məhkəmə prosesində M.İsgəndərlinin iştirak edib-etməyəcəyini xəbər almaq üçün müğnni ilə əlaqə saxlamaq istədik. Telefona bacısı Təranə İsgəndərli cavab verdi. O, M.İsgəndərlinin istirahətdə olduğunu bildirdi. Təranə xanım bizim sualımıza cavab verə bilməyəcəyini dedi.

Musavat.com

Tarix
2014.07.15 / 19:34
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla