Yuxarı

Bakıda həkimlərə məcburi forma satılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Həmidov Mürsəl tibb işçilərini üzərində milli bayraq olan uniforma ilə işə buraxmır.

Axar.az xəbər verir ki, bu barədə Feysbukda "Sancaq prodakşn" məlumat yayıb. Məlumata görə, baş həkim formaları onun dediyi konkret mağazadan almağı həkimlərə tapşırıb.

Həkimlərin dediyinə görə, baş həkim bu üsul ilə özünə yaxın olan mağazanın satışını təmin edir. Şikayət edən tibb işçiləri formanı başqa yerdən alanların işə buraxılmadığını deyib.

Məsələ ilə bağlı Bakı şəhəri Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyası ilə əlaqə saxladıq.
Stansiyanın baş həkimi özbaşına qərar qəbul etmədiyini dedi:

"Mən kiməm ki, özbaşına qərar qəbul edim? Nazirliyin müəyyən etdiyi geyim forması var. Qanun icazə vermir ki, kimsə o geyim qaydasını pozsun. Əgər bu günə qədər hansısa tibb işçisinin geyim qaydasını pozması barədə ona xəbərdarlıq etmişiksə, deməli, qanuna istinad etmişik".

Baş həkim onu da bildirdi ki, müvafiq dövrlərdə həkimlərə pulsuz forma da paylanılır:

"Səhiyyə Nazirliyindən müvafiq dövrlərdə bizə formalar verilir. Biz həmin formaları həkimlərə paylayırıq. Yeni forma vaxtına qədər ola bilsin ki, kimsə formasını istifadəyə yararsız hala salıb. Biz həmin adama forma almağı qadağan etmirik. Ancaq deyə də bilmərik ki, get, al geyin. Daha yaxşı olar ki, bu kimi məsələlərdə həkimlər birbaşa mənim özümə müraciət etsinlər. Ehtiyatda qalan forma olarsa, pulsuz şəkildə onlara verərik".

Tarix
2014.07.16 / 09:30
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

ABŞ razılaşmalarına qarşı “plan”?.. - Səfirlər tələsdirir

Alyaska görüşü: Masada qəhrəman Ukrayna əsgəri olacaq

Zəngəzurla bağlı ikinci sənəd: Zəmanəti bu ölkə verir...

Ermənilərin Qarabağa qayıtması: İrəvandan açıqlama...

Ordumuz Pakistanda: Qalib hərbçiləri qarşılayın - Video

Müharibə İrana dərs olmadı, İrəvanın işinə qarışdı

Suriya Laricaninin təyyarəsini buraxmadı

Pakistan səfiri: Bu, Əliyevin sayəsində mümkün oldu

İlham Əliyev AB Şurasının prezidenti ilə danışdı

Rusiya Zəngəzurda olmayacaq, İran isə... - Marqaryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla