"Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbova qarşı qaldırdığım iddia ərizəsində Ali Məhkəmə mənim
xeyrimə qərar çıxardı".
Bunu AzNews.az-a açqlamasında əməkdar incəsənət xadimi Şeyx
Əbdül Mahmudbəyov bildirib. O, qeyd edib ki, hazırda Məhkəmə
Qərarlarının İcrası Baş İdarəsinin verəcəyi sənədi gözləyir:
"Əvvəlcə rayon məhkəməsi, sonra Bakı Apellyasiya Məhkəməsi mənim
xeyrimə qərar çıxarmışdı. Məhkəmə işlə bağlı mənə iki ay müddətində
qərar verməlidir. O qərara əsasən mənim hüququm bərpa olunacaq.
Yəni mən o qanuna əsasən Bakı Şəhər İcra Hakimiyyətindən çıxarılan
qərarın icrasını tələb edəcəm. Məhkəmə qərarlarını icra edən idarə
var, oradan sənəd alan kimi lazımı addımı atacağam. Hacıbala
Abutalıbov vəzifə səlahiyyətindən istifadə edərək mənə əlindən
gələn nə pislik vardısa, elədi. Amma qanun qarşısında aciz qaldı.
Hacıbala o qanundan kənar qaca bilmədi, bilməyəcək də".
Xatırladaq ki, Şeyx Əbdül Mahmudbəyovun yaşadığı mənzilə "Qış
bulvarı"nın tikintisi zamanı ziyan dəyib. Dəymiş zərərin ödənilməsi
ilə əlaqədar aktyor Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə
verib.