Yuxarı

ABŞ Zeynal Məmmədliyə vəzifə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Zeynal Məmmədliyə vəzifə verdi

"Azadlıq" radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkir işindən uzaqlaşdırılıb.

Babək Bəkiri bu vəzifədə artıq tanınmış jurnalist Zeynal Məmmədli əvəz edir. Məsələ ilə bağlı Z.Məmmədli "Teleqraf.com"a bildirib ki, hazırda "Azadlıq" radiosunda baş redaktor vəzifəsində işləyir.

Radionun saytında Bakı ofisinin koordinatoru kimi Babək Bəkirin adı göstərilir. Zeynal Məmmədlinin də məhz bu vəzifəyə təyin olduğu bildirilir.

O da qeyd edilir ki, Babək Bəkir faktiki olaraq səlahiyyətlərinin icrasından bir neçə ay əvvəl kənarlaşdırılıb. Azadlıq radiosunun saytında struktur haqqında məlumat verilmədiyindən, həm baş redaktor, həm də koordinator vəzifəsinin mövcud olması aylardır ofisdə çoxtirəlik olduğuna güman yaradır.

Z.Məmmədli Azadlıq radiosunun Bakı ofisinin koordinatoru təyin olunub-olunmaması ilə bağlı bir fikir bildirmək istəmədiyini deyib: "Bu məsələyə ayın axırında aydınlıq gətiriləcək. İndidən nə isə demək doğru deyil".

Babək Bəkirin telefonu bağlı olduğundan, onun münasibətini öyrənmək mümkün olmadı.

Xatırladaq ki, "Azadlıq" radiosu ABŞ Dövlət Departamenti tərəfindən maliyələşdirilir.

Tarix
2014.07.18 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla