Yuxarı

QHT-lər Heydər Əliyev Mərkəzində toplaşdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
QHT-lər Heydər Əliyev Mərkəzində toplaşdı - Foto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası İsmayıllıda "QHT-lərin müsbət təcrübəsinin yayılması və qanunvericiliyinə edilən son əlavə və dəyişikliklər" mövzusunda konfrans keçirib.

Axar.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan toplantıda rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin, bələdiyyələrin və QHT-lərin təmsilçiləri iştirak ediblər.

Toplantıda çıxış edən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev bölgədəki QHT-lərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr haqqında danışaraq, Şuranın məlumatlandırma xarakterli bu cür tədbirlər keçirməsinin regionlarda vətəndaş cəmiyyətinin inkişafına xidmət etdiyini qeyd edib.

Şura Katibliyinin baş məsləhətçisi Fərid Rüstəmov tədbirdə çıxış edərək vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ölkəmizdə ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışıb və QHT-lərin müsbət təcrübəsinin yayılmasının zəruri olduğunu bildirib.

Fərid Rüstəmov Şuranın QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri, maliyyələşdirilən layihələr, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verərək onların mövcud boşluqları aradan qaldırmaq və vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət etdiyini vurğulayıb.

F.Rüstəmov tədbirin sonunda iştirakçıların yoxsulluğun azaldılması sahəsində görülən işlər, QHT-lərin fəaliyyəti, qanunvericilikdə edilmiş son əlavə və dəyişikliklər və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

Tarix
2014.07.21 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla