Yuxarı

Tanınmış diktorun xatirəsi əbədiləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış diktorun xatirəsi əbədiləşdi

Avqustun 20-də əfsanəvi diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunacaq.

Axar.az xəbər verir ki, bu münasibətlə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə Siyəzən şəhərindəki Məşədi Əzizbəyov küçəsinin adı dəyişdirilərək Aydın Qaradağlı adı ilə əvəzlənib. Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 17 yaşında diktor olmuş Aydın Qaradağlı uzun ömür yaşamasa da, Azərbaycan mədəniyyətində səsinin rolu olduqca böyükdür. Onun səsi Azərbaycan mədəniyyətinin, şeir və hekayələrin, ədəbiyyatın təbliğat və təşviqat carçısı simvoluna çevrilib. Aydın Qaradağlı istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırırdı. İşində Kazım Ziya aktyor məktəbini nitq sənəti ilə özünəməxsus ustalıqla vəhdətləndirən Aydın Qaradağlı diktor peşəsini incəsənət zirvəsinə qaldıra bilib. Görkəmli sənətkar, sadə insan Azərbaycan xalqının böyük hörmət və məhəbbətini qazanıb. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı diktor məktəbindən bəhrələnib. Bu gün də Aydın Qaradağlı fenomeni diktorlarımız tərəfindən araşdırılıb işlərində tətbiq olunmaqdadır. Bu böyük insan Azərbaycanda diktorlar arasında ilk dəfə olaraq Əməkdar artist adına layiq görülüb.

Tarix
2014.07.21 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla