Yuxarı

İlk təbrik adaş generallardan gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk təbrik adaş generallardan gəldi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Milli Mətbuat günü münasibətilə media nümayəndələrinə təbrik ünvanlayıb.

Axar.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazir mətbuat nümayəndələrini Milli Mətbuatımızın yaradılmasının 139 illiyi münasibətilə ürəkdən təbrik edib, hər birinə yaradıcılıq uğurları arzulayıb: "Bugünkü Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin ləyaqətli varisidir.

Ulu əcdadımız Həsənbəy Zərdabinin redaktorluğu ilə qocaman "Əkinçi" XIX əsrin qaranlıq mühitində Azərbaycan oxucusunun beyninə və qəlbinə maarifçilik, Vətənpərvərlik və işıq toxumu səpdi. O zamandan başlayaraq xalqımız öz zamanına və dünyaya işıqlı gözlərlə baxmağa başladı.

"Əkinçi"dən sonra nəşr edilən qəzet və jurnalların sayı çoxaldı, nəhayət, "Molla Nəsrəddin" kimi müdrik və müqtədir bir jurnal yaranıb bütün Şərqə nur saçdı.

Arzu edirəm ki, bu gün Siz ulu sələflərimiz Həsənbəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əlibəy Hüseynzadənin ruhuna və məramına layiq olasınız, müstəqil dövlətimizə və xalqımıza şərəflə xidmət edəsiniz. Böyük şairimiz Səməd Vurğun 1941-ci ilin qanlı günlərində yazırdı:

"Bu gün bir süngüdür əlimdə qələm,

Mənim bayrağıma göz dikir aləm".

Nazir həmçinin bildirib ki, bu gün Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Avropanın və dünyanın gözü üçrəngli Azərbaycan bayrağındadır. Bu bayrağın Xankəndi, Şuşa və digər işğal olunmuş şəhərlərimiz üzərində ucalacağı günü, xeyrin şər üzərində qələbə gününü gözləyir: "Arzu edirəm ki, siz ordu mövzusunda yazanda qələminizi süngüyə çevirəsiniz, hər yazınızla Silahlı Qüvvələrimizin qüdrətinin artırılması məqsədilə dövlətimizin maraqlarını qoruyaraq düşmən üzərində qələbəmizi yaxınlaşdırasınız.

Mən bu yolda Sizə yeni uğurlar, dəqiqlik, obyektivlik, ümumxalq mənafeini uca tutmaq və peşəkarlıq arzulayıram.

Siz Azərbaycan mətbuatının o xoşbəxt nəslisiniz ki, Ulu Öndər Heydər Əliyevin və onun əvəzsiz varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi dövründə yaşayıb yaradırsınız. Taleyin bu qismətinə layiq olmağınızı arzulayıram".

***

Azərbaycan Respublikası Baş Prokurorluğu da jurnalistləri və KİV nümayəndələrini Milli Mətbuat və jurnalistika günü münasibətilə təbrik edib.

Mətbuat katibi Eldar Sultanovun imzası ilə Prokurorluq və Baş prokuror, Birinci dərəcəli ədliyyə müşaviri Zakir Qaralovun adından Axar.az-ın elektron ünvanına göndərilən təbrik məktubunda bu sözlər yer alıb:

"Sizi Milli Mətbuat və jurnalistika günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik, məsuliyyətli, çətin, eyni zamanda şərəfli peşənizdə Sizə müvəffəqiyyətlər arzulayıram!

Ümidvar olduğumu bildirirəm ki, azad, demokratik cəmiyyət quruculuğu yolunda bundan sonrakı fəaliyyətiniz dövründə də prokurorluq orqanları ilə sıx, səmərəli əməkdaşlıq edəcək, daha çox uğurlara, nailiyyətlərə imza atacaqsınız.

Sözünüz kəsərli, qələminiz iti olsun!"

Tarix
2014.07.22 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla