Yuxarı

Bilik Fondu Bərdə İmamzadəsindən başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu layihələrə start verir.

Bilik Fondunun informasiya təminatı sektorundan Axar.az-a daxil olan məlumatda bildirilir ki, Fondun ilk layihəsi "Dini abidələrdə tarixin izləri" adlanır. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.

Layihənin həyata keçirələcəyi ilk məkan Bərdə İmamzadəsi olacaq.

Fondun "Dini abidələrdə tarixin izləri" layihəsinə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları da cəlb olunacaq.

Layihənin əsas məqsədi Azərbaycan və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirlməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.

Yaxın gələcəkdə Bilik Fondu müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyi planlaşdırır. Hazırda "Ustad və şəyird", "Azərbaycan elmi bu gün xaricdə", "Dünya elmi bu gün Azərbaycanda", "Docendo discimus", "Fondun xarici nümayəndəliklərinin yaradılması", "Epizodlar", "Auditoriya +", "Qardaşlaşmış məktəblər" layihələrinə hazırlıq prosesi gedir.

Tarix
2014.08.07 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dünya reytinqində böyük uğur: Təbriklər, ADU!

İstanbuldan gətirilən brend geyimlər müsadirə olundu

20 yaşlı gənc xəstəxanaya gətirildi, orada öldü

Temperatur 23 dərəcəyə yüksələcək

Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto

Bakıda əl qumbarası tapıldı

Regionlarda hava necə olacaq?

Ağcabədi sakinindən "Kalaşnikov" götürüldü - Video

İranlıdan aldığı narkotiki Bakıya apararkən saxlanıldı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla