Yuxarı

Seçki saxtakarlığı edən xanım direktor qovuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seçki saxtakarlığı edən xanım direktor qovuldu

Seçki günü qanun pozuntusu qeydə alınan məktəbin direktoru vəzifəsindən azad edilib.

Axar.az-ın əldə etdiyi məlumata görə, Lənkəran rayonunda yerləşən Həzi Aslanov adına 3 nömrəli məktəbin direktoru Nəzakət Həsənovanın işinə son verilib.

Buna səbəb seçki günü sözügedən məktəbdə baş verən qanun pozuntusu olub. Uzun illərdir 3 nömrəli məktəbə rəhbərlik edən 70 yaşlı direktor N.Həsənovanın seçkiyə məsuliyyətsiz yanaşması və yol verdiyi nöqsan onun karyerasının sonunu gətirib. Qanun pozuntusundan sonra həmin seçki məntəqəsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib. Hətta mediada da həmin dairədə baş verən pozuntu ilə bağlı video-görüntülər yayılıb.

Maraqlı məqamlardan digəri isə N.Həsənovanın 70 yaşa qədər vəzifəsini davam etdirməsidir.

Xatırladaq ki, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrində nəticələr ləğv olunub.

Tarix
2018.04.28 / 16:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla